Gəncədə yeni idman sarayı

  • 05.07.2019
  • 0

Gəncədə böyük idman sarayı inşa olunur.

REAL-ın Gəncədə olan müxbiri idman sarayının tikildiyi ərazidən birbaşa məlumat verib.

Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov tikilməkdə olan idman sarayı, burada hansı yarışların keçiriləcəyi ilə bağlı sualları cavablandırıb.

"İdman Sarayı 3 hektar ərazidə yerləşir. İdman sarayının ikinci mərtəbəsi artıq sonlanmaq üzrədir, üçüncü mərtəbəsi inşa olunur. Burada 9 idman növü ilə bağlı beynəlxalq yarışlar, Respublika yarışlarının keçirilməsi nəzərdə tutulub. Burada məşq toplantısı üçün də imkanlar olacaq. Üzgüçülük idman növünün inkişafı üçün burada su hovuzu olacaq. Belə idman sarayı Gəncədə ilk dəfədir inşa olunur. Gəncə Avropanın idman şəhəri titulunu daşıyır. Bu saray idmanın inkişafına daha da təkan verəcək. Sarayın inşasının başa çatdırılması 2021-ci ildə nəzərdə tutulub", - deyə Müşfiq Cəfərov bildirib.

Nə düşünürsən?