Ermənistan sərhədində yanğın: 7 briqada hərəkətə keçdi

  • 05.07.2019
  • 0

Ötən gün axşam saatlarında Gürcüstan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan tərəfində başlayan yanğın sonradan Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndi ərazisinə də keçib.

Gürcüstan ərazisində yanğının söndürülməsinə 7 yanğınsöndürmə-xilasedici briqada cəlb olunub. Ümumilikdə ərazidə 65 yanğınsöndürən və xilasedici fəaliyyət göstərib, yanğın artıq söndürülüb.

Nə düşünürsən?