Bakıda öldürülən cütlüyün fotosu yayıldı: qadını xəyanət edərkən yaxalamışdı

  • 05.07.2019
  • 0

Bakıda qətlə yetirilən keçmiş ər və arvadın fotosu yayılıb.

AzNews.az xəbər verir ki, Vəli Behbudov öz bacısını və onun bir ay əvvəl boşandığı ərini öldürüb. Cütlüyün boşanmasına səbəb isə qadının mərhum İlkin Məmmədova xəyanət etməsi göstərilib. Bacısının ayrılmasından sonra Vəli Behbudov onların hər ikisini öldürüb.

İlkin Məmmədovun bacısı Xəzər TV-də yayımlnan "Səni axtarıram" verilişində gəlinlərinin qardaşına xəyanət etdiyini açıqlamışdı. Onlar verilişə cütlüyün birgə nigahında olan İnci adlı qız uşağının onlara verilməsi üçün yardım istəməyə çıxıblar:

"Qardaşım həyat yoldaşını ona xəyanət edən zaman yaxalamışdı. Lakin o, arvadının əlindən tutaraq atası evinə aparıb ailəsinə təhvil verdi. Lakin onun qardaşı bütün bu baş verənləri həzm edə bilmirdi. Ona görə də onların hər ikisini qətlə yetirdi".

Xatırladaq ki, bu il fevral ayının 5-i Vəli Behbudov adlı şəxs öz bacısını və onun keçmiş həyat yoldaşı İlkin Məmmədovu qətlə yetirib. Qətlə yetirilən şəxslər hadisədən bir ay əvvəl rəsmi şəkildə boşanıblar. Hadisəni törədən şəxs cütlüyü barışdırmaq adı ilə hər iki şəxsi İlkin Məmmədovun evinə çağırıb və orada ev sahibini bıçaqlayaraq, bacısını isə boğaraq öldürüb. Olay yerindən uzaqlaşan şəxs daha sonra polisə təslim olub.

Qətlə yetirilən şəxslərin birgə nikahından bir yaşlı övladları var.

Bacı deyir ki, qətli törədən şəxs hazırda Maştağada yerləşən 1 saylı ruhi-əsəb dispanserində saxlanılır. Onlar verilişdən uşağın ana nənəsindən alınaraq onlara verilməsi üçün yardım istəyiblər.

Nə düşünürsən?