ABŞ silsilə yeraltı təkanlarla sarsıldı

  • 05.07.2019
  • 0

ABŞ-da son illərin ən şiddətli yeraltı təkanları qeydə alınır.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, bir neçə saat əvvəl baş verən rixter cədvəli üzrə 6,6 bal gücündə zəlzələdən sonra bir neçə zəif təsirə malik seysmik titrəyişlər qeydə alınıb.

Məlumata görə, 6,6 bal gücündəki zəlzələnin episentri Los-Anceles şəhərindən 175 kilometr məsafədə, yerin 9 kilometr dərinliyində yerləşib. Ardınca Nevada və Las-Veqas şəhərləri yaxınlığında yeraltı təkanlar hiss olunub. Tələfat qeydə alınmayıb. Bəzi evlərdə fəsadlar əmələ gəlib. Yanğınlar qeydə alınıb.

Qeyd edək ki, Kaliforniyada 1995-ci ildən bəri təsiri 5,8 baldan çox olan zəlzələ baş verməmişdi. Sonuncu dəfə 1994-cü ildə bölgədə baş verən 6,6 bal gücündə yeraltı təkan, bir neçə milyard dollar ziyan vurmuşdu.

Nə düşünürsən?