Qədim sivilizasiyaya aid gizli şəhər tapıldı

  • 05.07.2019
  • 0

Arxeoloqlar İraqın Mosul şəhəri ətrafında qədim Zaxiku şəhərinin qalıqlarını tapıblar.

XəzərXəbər xəbər verir ki, şəhər qalıqları bu günə qədər su anbarının suları altında idi. Şəhər Mitanni dövləti dövründə inşa edilib. Bu dövlət eramızdan əvvəl XVII-XVIII əsrlərdə mövcud olub.

Su anbarında suyun səviyyəsi 2010-cu ildə azalmışdı və qalıqların bir hissəsi üzə çıxmışdı. Amma alimlər qazıntılara başlaya bilmirdilər. Sonradan məlum olub ki, suyun altında 7 metr hündürlükdə divarları olan şəhər var. Binada nə vaxtsa freskalarla bəzədilmiş divarlara rast gəlinib. Sarayın şimal hissəsində şəhərin qalan hissəsidir.

Arxeoloqlar 8 otağı qazıb çıxarıblar. Otaqların bəziləri bişmiş kərpicdən tikilib. Divarlarda göy və qırmızı rəngin izləri var. Eyni zamanda üzərində yazılar olan gil lövhələr də tapılıb. Məlum olub ki, Zaxiku Dəclə çayı sahilində ən azı 400 il mövcud olub.

Qeyd edək ki, Mitanninin paytaxtı Taydunun yeri hələ tapılmayıb.(Ölkə.az)

Nə düşünürsən?