Bu gün balaca Zəhranın qətlə yetirilməsindən 2 il ötür

  • 04.07.2019
  • 0

Bu gün balaca Zəhranın qətlə yetirilməsindən 2 il ötür.

Həmin tarixdə erməni vandalizmi və bu millətin uşaq qatili olduğu özünü bir daha büruzə verdi. 2 yaşlı uşaq nənəsinin qucağında qətlə yetirildi...

Mənfur düşmənin atəşkəsi pozması nəticəsində ölən 2 yaşlı Zəhranın atası Elnur Quliyev hadisənin baş verdiyi günü bir an belə unutmur.

Dünyasını dəyişən nəvə və nənə elə kənd qəbiristanlığında dəfn olunub. Yaxınları deyirlər ki, nəinki rəsmilər, hətta sadə vətəndaşlar belə onların ölümünün ildönümündə qəbirləri ziyarət edirlər.

Düşmənin vəhşiliyinin nümunəsi olan bu balacanın və onun nənəsinin qəbirləri heç vaxt unudulmayacaq. Hazırda düşmən təxribatlara əl atsa da, gündən-günə güclənən ordumuz onlara layiqli cavab verir və istənilən təxribatın qarşısını alır.

Nə düşünürsən?