Parlament seçkisi 2020-ci ildə olacaq

  • 04.07.2019
  • 0

Ə.Əhmədov: “Növbədənkənar parlament seçkisi barədə fikirlər yanlışdır“

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan xəbərlər şayiədir. Ölkədə parlament seçkiləri konstitusiyada nəzərdə tutulan vaxtda keçiriləcək.

Bu barədə jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini və icra katibi Əli Əhmədov bildirdi:

O xatırladıb ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir - noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək".

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əsasən parlament seçkiləri 5 ildən bir keçirilir. Sonuncu parlament seçkisi 2015-ci il noyabrın 1-də keçirilib.

Nə düşünürsən?