Paşinyanın adından NATO baş katibinə məktubu kim yazıb?

04.07.2019 | 7 | 0

Ermənistanda guya erməni ordusunun Qarabağdan çıxarılması və Dağlıq Qarabağın Azərbaycana verilməsi ilə bağlı yayılan məktubun saxta olduğu açıqlanıb. NATO baş katibinə ünvanlanan məktub isə Ermənistanda qarışıqlığa səbəb olub.

Ermənistanın baş naziri Nikol Paşinyanın adından saxta olduğu bildirilən məktub yayılıb.

Həmin məktubda PaşinyanNATO-nin baş katibi Yens Stoltenberqə müraciət edərək alyansla sıx əməkdaşlıq etməyə hazır olduğunu, ancaq bunu Qarabağ münaqişəsinin əngəllədiyini vurğulayıb. Bundan başqa, məktubda Nikol Paşinyan işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən Ermənistan qoşununu çıxaracağına söz verdiyi yazılıb. "Ermənistanın NATO ilə yaxınlaşması yolunda başlıca maneə erməni qoşunun Azərbaycanla mübahisəli torpaqlarda olmasıdır. Bu maneə bir il ərzində aradan qaldırılacaq" - deyə saxta olduğu iddia edilən məktubda bildirilib.

Erməni mediası xəbər verir ki, saxta məktubda Ermənistan qoşunlarının münaqişə zonasından çıxarılacağı və Dağlıq Qarabağın Azərbaycanın nəzarətin veriləcəyinə dair ümumxalq referendumu keçiriləcəyi barədə fikirlər də yer alıb. Bu feyk məktubu ilk dəfə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan aşkar edib. O, bildirib ki, yüksək ehtimalla məktubun mətni Ermənistanın hüdudlarından kənarda hazırlanıb.

Ermənistanın Xarici İşlər Nazirliyi isə məktubu "saxta" adlandıraraq əlavə şərh verməkdən imtina edib. Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanesyan isə saxta olduğu iddia edilən məktubu yayanın bugunhəbs edildiyinibildirib. Artur Vanesyan əlavə edib ki, saxlanılan şəxsə qarşı irqi, dini və milli nifrət yaymaqla əlaqədar cinayət işi başlayıblar.

Ötən gün Nikol Paşinyan hökumətin iclasında Vanesyana bəzi qüvvələrin həqiqətəuyğun olmayan informasiyalar yaymağa cəhd gösərdikləri ilə bağlı müraciət etmişdi.

Nə düşünürsən?
Yüklənir...