Yəmən ordusu Səudiyyənin daha bir texnikasını partladıb

  • 04.07.2019
  • 0

Yəmənin "Ənsarullah" hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanı ordusuna məxsus daha bir hərbi texnikanı Nəcran rayonunda sıradan çıxarıb. FaktXəbər bildirir ki, Yəmən ordusunun paylaşdığı görüntülərdə hərbi texnikanın raketlə vurulma səhnəsi öz əksini tapıb.

Qeyd edək ki, son günlər Husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ordusu arasında toqquşmalar artıb. Yəmənlilər qarşısında üstünlük əldə etməyi bacarmayan koalisiya qüvvələri ölkə ərazisində dinc əhalinin olduğu məntəqələrə avia zərbələr endirilər. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Nə düşünürsən?