Peru son çempionu məğlub etdi

  • 04.07.2019
  • 0

Braziliyada keçirilən Amerika Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. 

İkinci finalçının da adına artıq aydınlıq gəlib.

Yarımfinala qədər irəliləyən Peru bu mərhələdə də son çempion Çilini üstələyib. Rəqib qapısından 3 cavabsız top keçirən perulular finala vəsiqə qazanıblar. Onların həlledici matçdakı rəqibi Braziliya olacaq.

Final qarşılaşması iyulun 7-də baş tutacaq. Bundan bir gün əvvəl isə Çili ilə Argentina bürünc medal uğrunda üz-üzə gələcək.


Nə düşünürsən?