Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə cərimə yazıldı

  • 03.07.2019
  • 0

Texniki baxışdan keçməyən sürücülər barəsində 100 minə yaxın elektron protokol tərtib edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayevin sözlərinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi sürücülər qanunun tələbinə əməl etməyərək nəqliyyat vasitəsini texniki baxışdan keçirmirlər.Nəticədə də onlar xüsusi texniki vasitələrlərlə aşkar edilərək barələrində elektron protokol tərtib edilir.

Sürücülər avtomobillərinin texniki baxışdan keçmə vaxtını elektron kabinetdən və ya yol polisi əməkdaşlarından soruşa bilərlər.Hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə nöbəti dəfəə xəbərdarlıq edib.

Qeyd edək ki,nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə sürcülər 50 manat miqdarında cərimə olunurlar. Cərimə yazılandan sonrakı 20 gün ərzində texniki baxışdan keçmədikdə yenə də eyni miqdarda cərimə tətbiq olunur.

Nə düşünürsən?