21 yaşlı arvadını dayısı oğlu ilə bir otaqda tutdu və...

  • 03.07.2019
  • 0

Səyyar Tv Xəzər Xəbərə instinadən xəbər verir ki, Bakıda qısqanclıq zəminində arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Səxavət Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Səxavət Babayev rәsmi nikahda olduğu arvadı, 1997-ci il təvəllüdlü Ləman Babayevanın dayısı oğlu Sabir Məmmədovla gəzməsi, intim əlaqədə olması, bu yolla ona xәyanәt etmәsindən şübhələnib. "Şübhələndi və 18 bıçaq vurdu." - Bu məqsədlə Səxavət Babayev 6 sentyabr 2018-ci il tarixdә, saat 14 radәlәrindә qısqanclıq niyyәtilә arvadını xüsusi amansızlıqla öldürmәk qərarına gəlib. Səxavət Babayev bu mәqsәdlә mәtbәxdən götürdüyü bıçaqla Ləmanın bәdәninin müxtəlif nahiyәsinә ardıcıl zәrbәlәr vurub. O, arvadına ümumilikdә 18 bıçaq xәsarәti yetirib. Ləman Babayeva vaxtında xəstəxanaya yerləşdirildiyi, ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Səxavət Babayev isə polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

__________________________________________________________________

Hörmətli üzvlər, şahidi olduğunuz maraqlı hadisələrin video və fotolarını çəkib, bizə göndərə bilərsiniz.

Whatsapp: +994 55 699 34 20 

► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. 

► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp)

► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?