Qorxunc mənzərə: Qır gölməçəsindən insan bu halda tapıldı

  • 03.07.2019
  • 0

Rusiyanın qərbində yerləşən Voronejskoy vilayətinin, Pavlovsk kəndində qorxunc bir hadisə yaşanıb.


Oxu24.com  unikal.org-a istinadən xəbər verir ki, vilayətdə 33 yaşlı kişi yol-tikinti idarəsinin nəzdində olan və hazırda fəaliyyət göstərməyən qır fabrikdə neft məhsullarının (bitumlaşmış kütlənin) axıntılarının olduğu gölməçəyə düşüb.


Neft məhsullarının tullantılarından illərdir əmələ gələn gölməçəyə düşən kişi ağır vəziyətdə xəstəxanaya yerləşdirilib.


Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.


Kənd sakinləri müvafiq qurumlardan bu gölməçələrin onlar üçün təhlükəyə çevirildiyini bildiriblər. Bununla belə, qır gölməçələri Pavlovskiy dövlət meşə təsərrüfatına ciddi ziyan vurur, Krasnyarski vilayətinə qədər uzanır.