Neftin qiymətinin stabilliyi

  • 03.07.2019
  • 0

Vyanada "OPEC plus" nazirlərinin 6-cı görüşündə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib.


OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.


Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub. Ötən ilin dekabrında qəbul edilən "Əməkdaşlıq Bəyannaməsi" üzrə "OPEC plus" ölkələrinin kvotaları isə dəyişməz qalır.

Nə düşünürsən?