Hakim qadın futbolçu ilə belə zarafatlaşdı

03.07.2019 | 798 | 0

30 yaşlı braziliyalı hakim Fernanda Kolombo futbol oyunu zamanı həm gözəlliyini və peşəkarlığını, həm də yumor hissini nümayiş etdirib.

“Ölkə.Az” xəbər verir ki, Ekvador çempionatında Fernanda meydançaya hakim kimi çıxıb. Oyunçulardan biri qaydanı pozanda o, özünü elə aparıb ki, guya vərəqə üçün əlini cibinə aparır. Amma üzündə təbəssümlə cibindən dəsmal çıxararaq alnını silib.

Video çarx sosial şəbəkələrdə böyük marağa səbəb olub. Qısa müddət ərzində 14 milyon insan bu videonu izləyib. Amma Fernanda bu məşhurluqdan narazıdır. O, müsahibəsində bildirib ki, məşhurlaşdıqdan sonra kişilər tərəfindən pul qarşılığında yatmaq təklifləri ilə üzləşib. O, bundan çox narahat olduğunu qeyd edib.

Nə düşünürsən?
Yüklənir...