İsrail hərbçiləri yaralı fələstinlini yerdə sürüyərək həbs etdilər

  • 03.07.2019
  • 0

İsrail rejiminin hərbçiləri işğal altındakı Şərqi Qüdsdə «Şuafat» Qaçqın düşərgəsində çıxan hadisələrdə fələstinli gənci həqiqi güllə ilə yaraladıqdan sonra yerdə sürüyərək həbs ediblər. FaktXeber.com-un məlumatına görə, bu barədə kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Gəncin kimliyi hələ müəyyən olunmayıb.

Qeyd edək ki, iyunun 24-də Şərqi Qüdsün  İsəviyyə məhəlləsində həyata keçirdiyi əməliyyatlar əsnasında fələstinli gənci şəhid etməsindən sonra şəhərdə etirazlar davam edir. Xüsusilə axşam saatlarında Şuafat və İsəviyyə məhəllələri ilə qaçqınn düşərgəsində yaşanan hadisələr zamanı bir çox fələstinli yaralanıb, bəzidəri isə həbs edilib.

Nə düşünürsən?