Gerye oynadı, Haiti finala yüksələ bilmədi

03.07.2019 | 0 | 0

KONKAKAF "Gold cup 2019" turnirində ilk finalçı bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi Meksikayla qarşılaşıb.

 

Oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtın 93-cü dəqiqəsində Meksika yığması penalti vurmaq hüququ qazanıb. Ağ nöqtəyə yaxınlaşan Raul Ximenes hesabı açıb. Bu, oyunda vurulan ilk və son qol olub. Qələbə sayəsində Meksika finala yüksəlib.

 

Start heyətdə oyuna başlayan Donald Gerye 100-cü dəqiqədə əvəz edilib.

 

Digər finalçı Yamayka - ABŞ oyunundan sonra bilinəcək.

 

Meksika - Haiti - 1:0

Qol: Raul Ximenes, 93 (pen.)

Nə düşünürsən?
Yüklənir...