Braziliya Argentinaya qalib gələrək Amerika Kubokunun finalına çıxdı

  • 03.07.2019
  • 0

Braziliyanın Belu-Orizonti şəhərində futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsində Braziliya və Argentina yığmaları qarşılaşıb. 

Oyun Braziliya yığmasının qələbəsi ilə yekunlaşıb.

Birinci qol oyunun 19-cu dəqiqəsində vurulub. Hücumçu Qabriel Jesuz Roberto Firminonun ötürməsini qola çevirib. İkinci qolu isə 71-ci dəqiqədə Roberto Firminonun özü vurub.

Braziliya Argentina yığmasına qalib gələrək  Amerika Kubokunun ilk finalçısı olub. Bundan sonra Braziliya Çili və Peru qarşılaşmasının qalibi ilə finalda görüşəcək .

Nə düşünürsən?