Evə girən oğrular mənzili talan ediblər

  • 02.07.2019
  • 0

Evə girən oğrular mənzili talan ediblər.

Hadisə Bakının Binə qəsəbəsində "Südçülük sovxozu" adlanan ərazidə baş verib. Evin boş olduğunu bilən oğrular evdə olan bütün bahalı əşyaları özləri ilə aparıblar.

Səbuhi Hüseynovun sözlərinə görə, o, ehtimal edir ki, oğrular bir neçə gün onun evini izləyiblər. Hətta onlar o qədər rahat olublar ki, evin zirzəmisindən açarları götürərək kombini və dəmir radiatorları səliqəli şəkildə söküb aparıblar.

Zərərçəkən deyir ki, o, evinə qayıtmasaydı, evdə qalan digər əşyaları da oğurlayacaqdılar.

Faktla bağlı ərazi üzrə polis şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?