Azərbaycanda məşhur şəxs ağır qəzaya düşdü

  • 02.07.2019
  • 0

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İş adamı çənə, bud nahiyyələrindən ciddi sınıq xəsarətləri alıb. Hacı Mazan xüsusi təcili yardım maşını ilə Bakıya göndərilib.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.

Nə düşünürsən?