Məşhur aparıcıdan şok sözlər: “Türkiyədə yaraşıqlı kişi yoxdur”

  • 02.07.2019
  • 0

Türkiyədə zaman-zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn məşhur aparıcı Seda Akgül bu dəfə türk kişlərlə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

"Kanal D”də bir proqramda iştirak edən Seda Akgül türk kişiləri qəzəbləndirəcək fikirlər səsləndirib.

Futbolçu Arda Turanın kökəlməsindən şikayət edən aparıcı aktyor Can Yamanı da tənqid edib:

"Kişi məsələsində yoxsul ölkəyik. Demək olar ki, ölkədə yaraşıqlı kişi yoxdur, kişinin bədəni formalı olmalıdır. Kişilər "əzələliyəm” deyib ortalıqda gəzirlər, amma hamısının da ayaqları incədir. Can Yaman üçün deyirəm, bu qədər solarium, refle olmaz, qardaşım”.

Seda Akgül aktyor Burak Özciviti də bəyənmədiyini bildirib: "Mən Burak Özciviti də bəyənmirəm, küçədə ondan daha yaraşılqılı kişilər var”./Teleqraf.com

Nə düşünürsən?