Tarixi statusa bir addım

  • 01.07.2019
  • 0

Nazirlər Kabineti Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edib.


Bundan sonra Akademiyanın Memarlıq və İncəsənət İnstitunun əməkdaşları əraziyə baxış keçirib, baxış zamanı binanın digər xristian məbədlərindən fərqləndiyi məlum olub. Digər xristian ibadətgahlardan fərqli olaraq bu binada altarın olmadığı üzə çıxıb. 


Altar Xristian dinində kilsədə ainlər oxunan hündür yer və ya səhnədir. 


Ekspert qrupu tərəfindən həmin binanın yeni aşkar olunmuş abidə kimi qeydiyyata salınması ilə bağlı hazırlanan müsbət rəy Mədəniyyət Nazirliyinə göndərilib. Mədəniyyət Nazirliyindən bizə verilən açıqlamada bildirilir ki, rəy artıq Nazirlər Kabinetinə təqdim edilib.


Nazirlər Kabineti də rəyi təsdiq etdikdən bina dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınacaq. Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumatda bilidirilir ki, bu tarixi bina ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar qəbul ediləcək. 


Onların fəaliyyətinin əsas məqsədi gənclərin müxtəlif sahələrdə maariflənməsinə yönəlib.


Xatırladaq ki, bu bina özəl mülkiyyətdir və may ayında mülkiyyətçi burada fəaliyyət göstərən "Salaam Cinema Baku" teatrı ilə bağladığı müqavilənin vaxtının bitdiyinə görə onları buradan çıxarıb binanı təmir etmək istəyirdi, lakin teatr üzvləri binadan çıxmaqdan imtina etdilər və onların buradan çıxacağı təqdirdə mülkiyyətçinın binanı sökəcəyini iddia edirdilər. Məsələ ilə bağlı onlar Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyevaya məktub da ünvanlayıb.


Onu da bildirək ki, Birinci vitse prezident məsələni öz nəzarətinə götürüb.

Nə düşünürsən?