Bakıda oğlan sevdiyi qadını öldürüb başqası ilə otelə getdi: Cinayətkarın şok görüntüləri

01.07.2019 | 129 | 0

O, bir neçə gün sonra könüllü surətdə polisə təslim olub

Bakıda evinin qarşısında xüsusi amansızlıqla qətlə yetirilən Səkinə Hümbətovanın ölümü ilə bağlı təfərrüat ortaya çıxıb.

Oxu24.com  xəbər verir ki, bu barədə ARB TV-də yayımlanan "Kriminal" verilişində məlumat verilib. Belə ki, 1991-ci il təvəllüdlü Mərdanov Zəfər Rafiq oğlu ondan ayrılmaq istəyən sevgilisindən intiqam almaq niyyətinə düşüb. Bu səbəblə iki bıçaq götürərək başqa bir qadının avtomobilində Səkinənin yaşadığı evə gəlib.

Aralarında yaşanan mübahisə zəminində o, qadını bıçaqlamağa başlayıb. Lakin bıçaqlardan biri Səkinnənin çantasına batıb. Bundan sonra o, digər bıçağı götürərək onu öldürüb. Qətldən sonra maşına minərək digər qadınla birlikdə otelə gedib. Bir neçə gün sonra isə könüllü surətdə polisə təslim olub.

Məhkəmə Mərdanov Zəfər Rafiq oğluna 18 il həbs cəzası verib.

Nə düşünürsən?
Yüklənir...