Gürcüstanda dəhşətli qəza: 2 azərbaycanlı öldü,3-ü yaralandı

  • 30.06.2019
  • 0

Gürcüstanda dəhşətli qəza: 2 azərbaycanlı öldü,3-ü yaralandı Hadisə bu gün səhər saatlarında baş verib.Zaqatala rayon sakininin idarə etdiyiminik avtomobili qəzaya uğrayıb. Qəza nəticəsində sürücü 1975-ci il təvəllüdlü Aydın Xəlilov, sərnişin 1960-cı iil təvəllüdlü Yusif Dibirov hadisə yerində ölüb.2- si azyaşlı olmaqla, 3 nəfər yaralanıb.Onların Tbilisi AeroprtundanYusif dibirovun gəlinini qarşılayıb evəqayıtdıqları bildirlir.Yaralıların Gürcüstandakı xəstəxanaya yerləşdirildiyi bildirilir. Qobustan rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. 2 avtomobilin toqquşmasınəticəsindəavtomobildə olan sərnişin, Qobustan rayonunun Təklə kənd sakini, 18 yaşlı Mürvət Nəbiyevqəza zamanı aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.Məlumata görə, o,Azərbaycan Dövlət Dillər Universitetinin 2-ci kurs tələbəsi olub.Hadisənin səbəbləri araşdırılır. Kürdəmirdə isə toqquşan 2 maşında kanala düşüb.Qəza Bakı-Qazax yolunun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində olub.23 yaşlı Elsevər İslamovun idarə etdiyiavtomobil nasaz olduğu üçün yol kənarında dayanıb. Allahverdi Hüseynovun idarə etdiyi avtomobil isə ona arxadan çırpılıb və nəticədəsərnişinini vuraraq yolun kənarına atıb.Ağır kəllə-beyin travması alan yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər 2 avtomobil su kanalına düşüb..

Nə düşünürsən?