Eyni əmələ görə yenidən tutuldu.
Masallı şəhər sakininin üzərindən 2 kq yaxın narkotik vasitə tapılıb.Əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşamış İsrafil Səfərov yenə narkotik satarkən tutulub.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsindəaraşdırma aparılır.
Zaqatalada dayaşadığı evin həyətyanı sahəsində istixanada narkotik tərkibli bitkilər becərən keçmiş məhkum saxlanılıb. Daxil olmuş məlumat əsasında rayonun Aşağı Tala kəndində, kənd sakini Hüseyn Ramazanovun yaşadığı evin həyətyanı sahəsində istixananın içərisində aqrotexniki qaydada qulluq edilən çətənə kolları və həmin bitkinin yeni cücərmiş şitilləri aşkar edilib. Hal şahidlərinin iştirakı ilə ərazidən 335 ədədçətənə kolları və 117 ədəd çətənə kollarının yeni cücərmiş şitilləri yığılaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.