Q.Paşayeva AŞPA-da ermənilərin uşaqlara törətdiyi zorakılıqlardan danışıb

  • 27.06.2019
  • 0

Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında"Uşaqlara qarşı zorakılığa son qoyulması: Avropa Şurasının Dayanıqlı İnkişaf Hədəflərinə töhfəsi", "Miqrant uşaqlara qarşı zorakılığı və onların istismarını dayandırmaq" mövzuları müzakirə olunub.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva diqqəti işğalçı Ermənistanın qətlə yetirdiyi Azərbaycanlı uşaqlara yönəldib.


"Dünyada uşaqların yarısının hər il zorakılıqdan əziyyət çəkməsi bizi çox ciddi narahat etməlidir və biz uşaqların daha güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Bu gün burada körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın Avropa Şurasının üzvü olan Azərbaycanın torpaqlarının 20 fazini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdü və o adamlar bu günə qədər də köçkün həyatı yaşayırlar. Onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildi. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım zamanı 63 uşaq qətlə yetirilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımdan qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Bunları ona görə sayıram ki işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşaqlara qarşı bu zorakılıqları törədənələr isə ədalət qarşısında cavab vermədilər və bu gün də Ermənistanda müxtəlif vəzifələrdə çalışırlar. AŞPA-nın qəbul etdiyi qətnamələri isə Ermənistan bu gün də yerinə yetirməkdən imtina edir. 2011-ci ildə Ermənistan silahlı qüvvələri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vuraraq qətlə yetirdilər. Mənim Millət vəkili olduğum bölgədən 13 yaşlı bir qızı Aygün Şahmalıyevanı qətlə yetirdilər. 2017-ci ildə isə 2 yaşı tamam olmamış olan balaca Zəhranı qətlə yetiridilər. Bu siyahanı davam etdirə bilərəm amma təssüf ki zaman azdır. Bu zorakılıqları, cinayətləri törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Ona görə də biz sizi uşaqlara qarşı törədilmiş bütün növ zorakılıqlara qarşı birlikdə daha ciddi mübarizəyə çağırırıq. İkili standartlara yol vermədən".


Millət vəkili daha sonra Azərbaycanda uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparıldığını bildirdi. Qənirə Paşayeva dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və uşaqlara qarşı zorakılığın və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərdən olduğuna da xüsusilə vurğuladı.


Nə düşünürsən?