Çempionlar Liqasında V turun ən yaxşı qolu müəyyənləşdi

  • 27.11.2017
  • 0

Çempionlar Liqasının qrup mərhələsində V turun ən yaxşı qolu müəyyənləşib. “Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Atletiko” komandasının hücumçusu Antuan Qrizmannın İtaliya təmsilçisi “Roma”ya vurduğu qol səslərin 33 faizini toplayaraq birinci olub. İkinci yerə 21 faiz səslə İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçin Kipr APOEL-in qapısına vurduğu qol layiq görülüb. İtaliya “Napoli”sinin forvardı Lorenso İnsinyenin Ukraynanın “Şaxtyor” komandasının qapısından keçirdiyi qol isə səslərin 17 faizini toplayıb. Qeyd edək ki, "Atletiko" və "Roma" İngiltərə çempionu "Çelsi" ilə birgə "Qarabağ"la eyni qrupda yer alıblar.

Nə düşünürsən?