Elxan Məmmədovun 13 il öncə çəkildiyi film

  • 26.06.2019
  • 0

AFFA-nın baş katibi Elxan Məmmədovun həm də gözəl aktyorluq məharəti varmış.

Ölkə.az-ın yaydığı xəbərə görə, baş katib 13 il öncə, 24 yaşında "Bəyaz həyat" filminə çəkilib.

Xatırladaq ki, hazırda 36 yaşı olan Məmmədov 9 ildir AFFA-nın baş katibidir.

Filmin hazırda Avropada yaşayan rejissoru Rahim Sadıqbəyli açıqlamasında bunları deyib:

"Elxan bəy o vaxt bizim sponsor Nahid Kabakçının sahibi olduğu "Natavan center"in baş meneceri idi. Filmin ərsəyə gəlməsində onun çox böyük dəstəyi oldu. Həmin epizod da belə yaranıb. Nahid bəyin çəkərkən Elxandan xahiş elədim ki, ingiliscə bir kəlmə de, epizoda girə bilək. O da sağ olsun, razılıq verdi".

Filmin videosunu (Elxan Məmmədov 42-ci dəqiqədən etibarən) təqdim edirik.

Nə düşünürsən?