Fuad Abbasov Bakıya gəldi

  • 26.06.2019
  • 0

Rusiyadan deportasiya edilən Fuad Abbasov az öncə Bakıya enib.

Sfera.az "Qafqazinfo”-ya istinadla xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu ailə üzvləri, yaxınları qarşılayıb.

Jurnalistlərə açıqlama verən Abbasov deportasiya edilməsinin onun üçün gözlənilməz olduğunu bildirib:

 

"Hər kəsə təşəkkür edirəm. Bu qədər insanın gəlməsini istəmirdim. Mənim üçün də çıxmağım gözlənilməz oldu. Dünən axşam sorğu keçirildi. Bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, Rusiyanı tərk edirəm. Bir müddət istirahət etdikdən sonra mətbuat konfransı keçirəcəm. Səhhətimdə heç bir problem yoxdur".

Nə düşünürsən?