İmişlidə yol təmir olunur

  • 25.06.2019
  • 0

İmişli rayonu Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib.

Bu da  ümumilikdə 12 yaşayış məntəqəsinin 50 minə yaxın əhalisinin xüsusən payız-qış mövsümündə yoldan ıstıfadədə zamanı çətinliklərlə üzləşməsinə səbəb olurdu.

Artıq İmişli rayonu Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur.Layihə çərçivəsində yollar yararsız və deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək yayılıb və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

Bundan başqa yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranmışdı.

Məhz bu mqəsədlə yol boyu müxtəlif diametrlərə malik 398 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb və izolyasiya olunub.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu yol nişanı, km göstəriciləri, siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin avtobus dayanacağı inşa ediləcək.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.

Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Nə düşünürsən?