Gözlənilməz istefa: Respublika başçısı xalqa müraciət etdi

  • 25.06.2019
  • 0

İnquşetiya rəhbəri istefa vermək niyyətində olduğunu bildirib

Rusiyanın İnquşetiya Respublikasının başçısı Yunus-Bek Yevkurov istefa verdiyini bəyan edib. Obunu respublikanın milli televiziyası ilə yayımlanan müraciətində deyib.

Yevkurov 2008-ci ildən İnquşetiyaya rəhbərlik edir. Başçı öz addımını cəmiyyətdə birliyin olmaması, respublika və şəxsi maraqlar arasında seçim etmək məcburiyyətində qalması ilə izah edib.

"Gəlin cəsarət göstərək və deyək ki, biz hamımız - təmsil etdiyim hakimiyyət, ictimai, dini təşkilatlar bu gün birliyin olmamasına görə məsuliyyət daşıyırıq. Hər birimiz seçim qarşısındayıq: şəxsi maraqlar, yoxsa respublikanın maraqları", - Yevkurov bildirib.

Nə düşünürsən?