Ermənini məğlub edib ağlayan Mehmanın videosu rekord qırır

  • 25.06.2019
  • 0

İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb. 

Fanat.Az xəbər verir ki, Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda döyüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb. 

Bu zaman Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub. Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib.  Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb. 

Nə düşünürsən?