Professor Şirməmməd Hüseynov vəfat etdi | Şirməmməd Hüseynov kimdir?

  • 24.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Professor Şirməmməd Hüseynov vəfat etdi | Şirməmməd Hüseynov kimdir?


Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan Şirməmməd Hüseynov ömrünün 95-ci ilində vəfat edib.


Şirməmməd Ağaməmməd oğlu Hüseynov 17 dekabr 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəkidəki ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetinin filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. O, 1954-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində namizədlik dissertasiyasını müdafiə edib.


1954-cü ildən hazırda Bakı Dövlət Universiteti adlanan ali məktəbdə fəaliyyət göstərib. 1961-ci ilə qədər  Filologiya fakültəsinin Jurnalistika kafedrasında müəllim və dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə universitetin Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə Mətbuat tarixi kafedrasının dosenti, həm də 1976-1988-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib, 1988-ci ildən həmin kafedranın professoru olmuşdur.


Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında ön cərgədə olmuş Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin də canlı şahidlərindən idi. Azərbaycan Xalq Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidmətləri vardır.


“Nizami” təqaüdünə, “Qızıl qələm”, Zərdabi adına, Y.Məmmədəliyev adına, M.Ə.Rəsulzadə adına mükafatlara layiq görülmüş Şirməmməd müəllim 1988-ci ildən respublikanın əməkdar jurnalisti idi.


21 iyul 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Şirməmməd Hüseynov, Azərbaycan Respublikasında jurnalist kadrların hazırlanmasında xidmətlərinə görə 16 dekabr 2014-cü ildə “Şərəf” ordeni ilə təltif edilmişdir.


Allah rəhmət etsin!


Musiqi: Destination Unknown 3:27 Ugonna Onyekwe Sinematik | Dramatik

Nə düşünürsən?