İnklüziv ƏSA Teatrından tamaşaçılara şad xəbər!

  • 24.06.2019
  • 0

Azərbaycanın əlilliyi olan aktyorlardan ibarət ilk və tək inklüziv ƏSA Teatrı cari teatr mövsümünün paytaxt Bakıdakı son tamaşasını iyulun 6-da nümayiş etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Baş menecerin sözlərinə görə, ƏSA Teatrının repertuarındakı çoxsaylı tamaşaların arasında “Adamlar və siçanlar” tamaşası yerli və xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığından cari teatr mövsümünü paytaxtda məhz bu tamaşa ilə yekunlaşdırmaq qərara alınıb.

Nobel və Pultizer mükafatı laureatı amerikalı yazıçı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povestinin motivləri əsasında hazırlanan tamaşanın nümayişi iyulun 6-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq.

Nə düşünürsən?