Sən demə, qarğıdalını səhv bişiririk

  • 24.06.2019
  • 0

Bugünədək qarğıdalını yanlış bişirdiyinizi bilirdinizmi?

Publika.az-ın təqdim edəcəyi reseptlə qaynatdığınız qarğıdalıların dadından doymayacaqsınız.

Bir neçə qızıl qaydaya əməl edərək qarğıdalını daha ləzzətli bişirin.

1. Qarğıdalıları bişirməzdən əvvəl 3-4 hissəyə bölün. Bu çox vacib şərtdir.

2. Hissələri bişirəcəyiniz qazana töküb, su ilə doldurun.

3. Su qaynayanda qazana 1 fincan süd və 1 x/q kərə yağı əlavə edin.

4. Qarğıdalını təxmini 10 dəqiqə də südlü, yağlı suda bişirib, ocaqdan götürün.

Bu qədər! Süd ətirli qarğıdalını ənənəvi qaydada duz səpərək yeyin.

Nə düşünürsən?