Öz qızına aşiq olan Azərbaycan xanı

  • 24.06.2019
  • 0

 

Film 12-ci əsrə aid məşhur tarixi abidə olan Qız Qalası əfsanəsi əsasında ssenariləşdirilib

Azərbaycan Foto-Kino İdarəsinin istehsalı ilə çəkilən "Qız Qalası əfsanəsi” filmi insest mövzulu ilk Azərbaycan filmidir. Filmin ssenari müəllifi Breslav Lurye, quruluşçu rejissoru Vladimir Ballyuzekdir.

Filmdə Sofiya Jozeffi, Vaqram Papazyan, Hənəfi Terequlov, İsmayıl Hidayətzadə, Yevgeni Muromskiy, İbrahim Azəri, Rza Darablı, Ovanes Zarifyan, Kazım Ziya, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Məcid Şamxalov, Ələkbər Hüseynzadə, Rüstəm Kazımov və başqaları rol alıblar.

Qeyd edək ki, "Qız Qalası əfsanəsi” filmi Möhsün Sənani, Rüstəm Kazımov və Ağasadıq Gəraybəylinin ilk ekran işidir. Eyni zamanda dövrünün məşhur erməni aktyoru, Azərbaycanın Xalq Artisti Vaqram Papazyanın rol aldığı ilk Azərbaycan filmidir.

Nə düşünürsən?