Mir Şahin: Bu yalançı və boşboğazlar...

  • 24.06.2019
  • 0

Bu gün çox sadə sual və onun çox asan cavabı üzərində işləyəcəyik. Beləliklə, Azərbaycan haradır? Mahiyyəti və əhəmiyyəti nədir? Öz vətəndaşı və dünya adamı üçün.

Uzaqdan başlayacağıq. Avstriyadan. Vyanadan. Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Dinlərarası və sivilizasiyalararası dialoqdan bəşəri həmrəyliyə" adlı beynəlxalq konfransdan. Azərbaycan multikultural və bəşəri ideyaların Yer kürəsindəki flaqmanı kimi Vyanada dünyanın beş qitəsindən gələn qonaqlarını rəmzi ev sahibləri kimi qəbul edirdi. Bir qədər sonra bu tədbirə, onun fəlsəfəsinə, əhəmiyyətinə qayıdacağıq. Amma indi bir az əvvəl qoyduğumuz suala qayıdaq. Azərbaycanı, onun idarəçiliyini, bu menecmentin nəticələrini beynəlxalq anlayış və dəyər olaraq şərh etmək üçün bu kiçik Qafqaz dövlətinə kənardan, aralıdan baxaq.

Əvvəlcə bu kənar, bu aralıq barədə. Bu kənarın bir hissəsi İran İslam Respublikasıdır ki, bu həftə Birləşmiş Ştatların Prezidenti Trampa inansaq, böyük bir müharibənin, bəlkə də dünya müharibəsinin 10 dəqiqəsindən qayıtdı. Tehran Pentaqonun nəhəng və super imkanlara malik PUA-sını vurdu.

Ardınca isə Tramp hədələdi: "Görəcəksiz, tələsməyin, tezliklə şahidi olacaqsız".

Tehranın növbəti şifahi cavabından isə bəlli oldu ki, İran İslam Respublikası zarafat eləmir. Çünki əgər Tramp “Mənə dedilər ki, İrana endirəcəyimiz zərbələr nəticəsində 150 nəfər həlak olacaq” deyə həmlə anına 10 dəqiqə qalmış fikrini dəyişdiyini elan etməklə bütün dünyaya beynəlxalq minnət qoyurdusa, İran bir az da uzağa getdi və ya arxaya qayıtdı. Bildirdi ki, PUA-nı vurduğu gün hava sərhədini pozmuş ekipajla dolu başqa bir təyyarəni də məhv edə bilərmiş. Amma rəhmi gəlib etməyib.

Nə düşünürsən?