İstanbul sakinləri Əkrəm İmamoğlunun qələbəsini qeyd edirlər

  • 24.06.2019
  • 0

İstanbulda yüzlərlə insan təkrar bələdiyyə seçkilərində qalib gəmişCumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlunun qələbəsini qeyd etmək üçün şəhər küçələrinə axışıb


Sakinlər küçələrdə toplaşaraq, əllərində Türkiyə bayraqları tutublar. Onlar habelə rəqs edərək xatirə fotoları çəkdiriblər və CHP namizədinin qalibiyyətini alqışlarla qarşılayıblar.


Qeyd edək ki, Əkrəm İmamoğlu səsvermələrdəki müvəffəqiyyətini bütün şəhərin qələbəsi> adlandırıb.(Report)Gəncə sakinindən maraqlı addım: Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdiribGəncə sakini yaşadığı evin yanında böyük Azərbaycan messenatı Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirib, onun adına bulaq tikib, üzərinə xeyriyyəçinin lövhəsini vurub. Elə yaşadığı küçə də xeyriyyəçinin adını daşıyır. 42 yaşlı şəhər sakini deyir ki, Tağıyevin adının əbədiləşdirilməsi üçün bulaq tikməsi təsadüfi deyil.


Cebhe.info  xezerxeber.az-a istinadən bildirir ki, Gəncə sakini Elbrus Hüseynov yaşadığı evin yaxınlığında dahi Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək qərarına gəlib, üzərində onun xatirə lövhəsi olan bulaq tikib.


Elbrus Hüseynov deyir ki, əsas niyyətlərindən biri həm Tağıyevin daha yaxından tanıdılmasına cüzi də olsa xidmət etmək, həm də onun xeyriyyəçilik ideyalarının yaşadılmasına töhfə vermək olub.


İxtisasca memar olan Elbrus Hüseynov bulağın layihəsini də özü hazırlayıb, inşasını da özü həyata keçirib. Həm də pula qənaət etməyib, inşaat üçün ağ mərmərdən istifadə edib.


Elbrus Hüseynovun məhz bulaq variantını seçməsi də səbəbsiz deyil. O, bununla Bakıya su çəkdirən Tağıyevin nəcib əməlini bir daha yada salmaq, insanları xeyirxah işlərə ruhlandırmaq istəyib.


Cebhe.info

Nə düşünürsən?