Yevlaxda qəbiristanlıqda yanğın baş verdi

  • 23.06.2019
  • 0

Yevlaxın Yuxarı Qarxun kəndinin böyük qəbirstanlığında yanğın olub. Kənd sakinləri bildirir ki, yanğına məzarlığın ətrafında oynayan uşaqlar törədib. Yanğın söndürülüb,qəbirlərə ziyan dəyməyib.

Qəbiristanlığın yanması ətrafdakıları təşvişə salıb.

İsti hava, bəzəndə insan amili böyük yanğınların törəməsinə şəarit yaradır. Son günlər müxtəlif rayonların qəbirstanlıqlarında baş verən yanğınlarında səbəbləri müxtəlifdi. Yevlaxın Yuxarı Qarxun kənd qəbirstanlığında baş verən güclü yanğına məzarlığın ətrafında oynayan uşaqlar səbəb olub. Kiçik yaşlı kənd sakinləri qəbirsanlığın içərisində olan ağacın tez alışan məhsuluna od vurmaqala ərazini alova bürüyüblər. Qərbirstanlıqda çalışanlar, ətrafda yaşayanlar alovu ram edə bilmədiyindən əraziyə yanğın söndürənlər çağrılıb.

Yuxarı Qarxun kənd sakini molla Zaməddin Salahov qəbirstanlıqda yanğın baş verməsində insan amilinin böyük rol oynadığını deyir. Buna görə də, həm valideynlər,həm də məzarlığa gələn ziyarətçilər ehtiyyatlı olmalıdır. burada təmizlik aparan və ya mollalıq fəaliyyəti göstərən şəxslər var. Onlar daim məzarlığı nəzarətdə saxlayırlar.

Yanğın söndürülərək qəbirlərin yanmasına imkan verilməyib.

Nə düşünürsən?