Dəhşətli istilərlə bağlı Nazirlikdən xəbərdarlıq!

  • 23.06.2019
  • 0

İyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olması gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BiG.AZ-a bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.


Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.


Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.


Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35% olacaq.

Nə düşünürsən?