Azərbaycanda 4 məhkum öldü

  • 27.11.2017
  • 0

Bakıda məhkum intihar edib. APA TV-nin məluamtına görə, hadisə Qobustan həbsxanasında qeydə alınıb. Orada cəza çəkən 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Kərimov kamerada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş Bundan başqa, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib. Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar - İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.

Nə düşünürsən?