Pambıq sahələri susuz qalıb - "Ağ qızıl" məhv olur

  • 23.06.2019
  • 0

Goranboyda pambıq əkən sakinlər sahələri suvara bilmirlər. Onlar deyirlər ki, pambıq əkilən vaxtı bircə dəfə suvarılıb. Həmin ərazidə olan pambıqla bərabər, digər əkin sahələri də susuz qalıb.

Hava isti, suvarma suyuna ehtiyac böyük, amma kəndlilər sahələri suvarmağa su tapa bilmirlər.

Sahələrdə əkilən pambıq və digər əkinlər susuz qalıb. Bura Goranboyun Bağçakürd kəndidir. Kənddə sakinlər becərdikləri bitkiləri suvara bilmirlər. Pambıq əkənlər sonuncu dəfə əkin yerinə arat zamanı su gəldiyini deyirlər.

Sakinlər Baxçakürd kəndində yetirəncə artezian quyusunun olduğunu bildirdilər. Amma buna baxamayaraq, vaxtı-vaxtında sahələri suvara bilmirlər.

Problemi ilə bağlı Bağçakürd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən Xəzər Xəbər-ə bildirildi ki, kənddə torpaqların suvarılması növbəlilik əsasında aparılır və su növbəyə uyğun sahələrə verir.

Goranboy rayon subartezian quyularının istismarı idarəsindən bildirildi ki, həmin ərazidə yaranmış problemlə bağlı quyu nəzarətçisinə tapşırıqlar veriləcək və problem həllini tapacaq.

Nə düşünürsən?