Azərbaycanda kişi arvadını boğaraq qətlə yetirdi

22.06.2019 | 6 | 0

Balakəndə 66 yaşlı kişi arvadını boğaraq qətlə yetirib.

Hadisə bu gün səhər saat 5 radələrində rayonun Mahmalar kəndində baş verib. Kənd sakini 66 yaşlı Nəcəfəli Xəlilov həyat yoldaşı 59 yaşlı Şahnaz Xəlilovanı boğaraq qətlə yetirib. Qətlin ailə münaqişəsi zəminində törədildiyi bildirilir. Nəcəfəli Xəlilov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda isə gəlin qayınatasını öldürüb. Hadisə bir neçə gün əvvəl Binəqədi rayonunda baş verib. Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 61 yaşlı Əfzələddin Səmədov kürək nahiyəsindən aldığı iki bıçaq xəsarəti ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib. Əfzələddin Səmədovun yaxınlarının verdikləri məlumata görə, guya o, intihar məqsədilə özünü bıçaqlayıb. Ancaq Binəqədi rayon Prokurorluğunun apardığı istintaq araşdırmaları zamanı müəyyən olunub ki, Əfzələddin Səmədov sərxoş vəziyyətdə gəlini ilə mübahisə edib və ona yersiz irad tutub. Daha sonra qadın onun kürəyinə iki bıçaq zərbəsi vurub. Hadisəni törətməkdə şübhəli bilinən gəlin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Nə düşünürsən?
Yüklənir...