Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir?

  • 22.06.2019
  • 0

Yay mövsümünün gəlişi ilə bağ sezonuna tələbat artıb. Şəxsi bağı olmayanlar üz tuturlar kirayə bağ evlərinə. Belə bağ evləri isə daha çox mövsümlük və ya aylıq olaraq kirayə veirilir. Hazırda tələbat çox olduğundan qiymətlərdə də artım var. Ən ucuz bağ evləri Hövsan, Türkan ərazisində, ən bahalılar isə Mərdəkən və Şüvəlan zonasındadır. Qiymətlər isə 3 min və 15 min manat arası dəyişir.

Havaların isinməsi ilə bağ evlərinə üz tutanların sayı artıb.

Mövsümlə əlaqədar olaraq kirayə bağ evlərinə tələbat çoxalıb.xüsusilə də İyul Avqust ayları bağ mövsümünün ən qızğın vaxtları hesab edilir.Bakının dənizkənarı bütün massivlərində isə kirayə bağ evləri təklif olunur.Ən çox tələbat isə Şüvəlan,mərdəkan,Buzovna,Bilgəh,Novxanı Və Zaqulba tərəflərədi.

Əmlak üzrə ekspert NÜsrət İbrahimovun sözlərinə görə,hovuzu olan evlərə tələbat çoxdu .Bununla yanaşı Bağ sahəsinin genişliyi və dənizə məsafəsi də qiymətlərə təsir edən əsas amillərdəndi.

Ekspertlər onu da bildirir ki,hazırda bazarda tələbat yüksək olduğundan qiymətlərdə 4-8 faiz arası bahalaşma var.Mövsümlə əlaqədar olduğundan bir neçə ay sonra qiymətlər yenə aşağı enəcək.

Nə düşünürsən?