Kambocada tikilməkdə olan bina çökdü - Dağıntılar altında qalanlar var

  • 22.06.2019
  • 0

Kambocanın cənub-qərbindəki Sianukvil şəhərində tikilməkdə olan bina çöküb.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər həlak olub.

Daha 19 nəfərin xəsarət aldığı deyilir. Dağıntılar altında təxminən 30 nəfərin qala biləcəyi ehtimal olunur.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Nə düşünürsən?