Mahnıları özündən məşhur olan bəstəkar

  • 22.06.2019
  • 0

Mahnıları özündən çox papulyarlıq qazanan bəstəkar Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Fizuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin musiqili komediyan şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb.

İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. Qarabağ mahnısı dillər əzəbəri olub. Ardınca "Sən də həm dəm, mən də həmdəm ", "Səni qəmli görəndə", "Gecələr", "Ay gecikən məhəbbətim", "Gəl inad etmə" və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. 1993-cü ildə Fizuli rayonunun işğalından bir neçə gün sonra beyninə qan sızıb.5 il xəstə yatandan sonra 1998-ci ildə vəfat edib.

Nə düşünürsən?