Dənizdə qızıl qiymətinə canlı - Kiloqramı 150 min

  • 22.06.2019
  • 0

Kiloqramı 30-150 dollar arasında dəyişən bu canlı Kukumari- dəniz xiyarı adlanır.


Onurğasızlar sinfinə aid olan bu dəniz canlısı Çin mətbəxinin əvəzolunmaz qidalarından biri hesab olunur. Alternativ tibdə də istifadə olunan bu canlı yüksək proteinə sahib olduğu üçün idmançıların qida rasionuna əlavə edilir.


Türkiyədə dəniz badımcanı (deniz patlıcanı) adlanan canlının adi vətəndaşlar tərəfindən ovlanması, həmçinin xaricə aparılması qadağandır.


Sahilə yaxın sahələrdə, dəniz dibində yaşayan dəniz xiyarları Holothuroidea sinifi altında araşdırılır. Bilinən ən köhnə qalıq nümunələri Devon dövrünə (417-354 milyon il) aiddir.


Alimlərin araşdırmalarına görə, bu dəniz canlısının ifraz etdiyi maddədə olan aktiv birləşmə Frondozid A bədxassəli hüceyrələrin inkişafına əngəl olur, onların sağlam hüceyrələri zədələməsinə imkan vermir./redaktor.az

Nə düşünürsən?