Gürcüstandan son vəziyyət

  • 21.06.2019
  • 0

Hazırda ölkədə vəziyyət sabitdir

Tbilisidə yenidən etiraz aksiyası başlayıb.

 


*****


19:41


Dünən Tbilisinin mərkəzində parlament qarşısında başlanan etiraz aksiyası bu gün səhər saat 6 radələrində başa çatıb.


Hazırda ölkədə vəziyyət sabitdir. Bunu Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov bildirib. Onun sözlərinə görə, aksiyada xəsarət alanlar arasında Azərbaycan vətəndaşları olmayıb. 


Bildirilir ki, hazırda Rustaveli prospektində hərəkət bərpa edilib. Mərkəzi küçələr etirazçılardan tamamilə təmizlənib. 


Qeyd edək ki, dünən Rustaveli prospektində minlərlə insan rusiyalı deputatların Gürcüstana səfərinə etiraz edərək aksiya keçirib. Hökumətin istefasını tələb edən aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma baş verib. Etiraz aksiyasında 240 nəfər xəsarət alıb, onlardan 102-si klinikalara yerləşdirilib.

Nə düşünürsən?