Bakıda qayın yeznəsini öldürüb, arvadını bıçaqladı

  • 21.06.2019
  • 0

Qısqanc kişi qaynını bıçaqlayaraq öldürüb, həyət yoldaşını isə ağır yaraşayıb.

Ağır cinayət ötən gecə paytaxtın Suraxanı rayonunda baş verib. Müşfiq Ərəsov həyat yoldaşı 28 yaşlı Zülfiyyə Ərəsovanı bıçaqlayarkən qaynı 23 yaşlı İbrahim İsmayılov araya girib və bıçaq xəsarəti alıb.Bu zaman ağır yaralanan gənc elə hadisə yerindəcə ölüb. Qadın isə ağır yaralı halda 3 saylı şəhər xəstəxanasına aparılıb.

Polis əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəl bilinən Müşfiq Ərəsovu saxlayıb.İlkin dindirmə zamanıMüşfiq Ərəsov həyat yoldaşı və onun qardaşını qısqanclıq zəminində bıçaqladığını deyib.

Belə ki, dənizdə işləyən Müşfiq Ərəsov ayın 15 gününü işi ilə əlaqədar evində olmurmuş son vaxtlar o, dənizdən evə gələndə həyat yoldaşı, 28 yaşlı Zülfiyyə Ərəsova ilə qısqanclıq zəminində mübahisələr edirmiş.

Ötən gün qadın həyat yoldaşının qısqanclığından bezib 2 azyaşlı uşağını da götürüb Yeni Suraxanıda bacısının evinə gəlib. Buna əsəbləşən Müşfiq Ərəsov bıçaq götürərək baldızının evinə gəlib. Bu zaman evin qarşısında onu qayını 23 yaşlı İbrahim İsmayılov qarşılayıb. O, yeznəsinə bacısını öldürməyə imkan verməyəcəyini deyib və həyəti tərk etməsini tələb edib.

Müşfiq özü ilə gətirdiyi bıçaqla bacı və qardaşa çoxsaylı bıçaq zərbələri endirib. Ürək nahiyəsindən ağır xəsarət alan İbrahim hadisə yerində ölüb, Zülfiyyə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Müşfiq Ərəsov barəsində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Nə düşünürsən?