Bakıda yük avtomobili piyada keçidinə belə çırpıldı

  • 21.06.2019
  • 0

Yük maşını idarəetməni itirərək yerüstü piyada keçidinə çırpılıb. Hadisə Bakı-Qazax yolunun 18-ci kilometrliyində baş verib

Şahidlərin bildirdiyinə görəarxadan gələn "Opel" markali avtomobil yük maşınına dəydikdən sonra sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını piyada keçidinin dayaqlarindan birinə çırpılıb

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb,lakin yol təsərrüfatına ciddi ziyan dəyib.Paytaxtın Qaradağ rayonu ərazisindəkiyerüstü piyada keçidinin bir hissəsi və içərisində olan lift sıradan çıxıb.

Sürücülər deyir ki, yerüstü piyada keçidinə dəymiş ziyan tezliklə aradan qaldırılmalıdır. Əks halda avtomobillərin intensiv hərəkət etdiyi yolda bədbəxt hadisələr baş verə bilər.Sözüdedən keçiddən istifadə etmək müvəəqəti olaraq dayandırılıb.

Azərbaycan avtomobil yolları dövlət agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda dəymiş ziyan dəqiqləşdirilir. Yaxın günlərdə yerüstü piyada keçidinin bərpa edilməsi edilməsi ilə bağlı işlərə başlanılacaq..

Nə düşünürsən?